Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
İngiltərə millisinin və “Liverpul”un keçmiş kapitanı Stiven Cerrard “Mançester Yunayted”in baş məşqçisi Maurisio Poçettinonu tənqid edib.
QOL.az "Metro"ya istinadən xəbər verir ki, o, Harri Maquayrın “Liverpul”la matçda start heyətində yer almamasını düzgün qərar hesab etməyib:
“Düşünürəm ki, müdafiəçilərin seçimində səhvə yol verdi. Ötən ilin noyabrından bəri oynamayan futbolçunu belə bir matça buraxmaq... Başa düşürəm ki, yeni baş məşqçi dəyişikliklər etmək istəyir, amma hazırda Maquayr onların ən yaxşı müdafiəçisidir. Matteys de Liqt uzun müddət oynamayıb, Maquayr isə start heyətində olmalı idi.
O, meydana sonradan daxil olduqdan sonra oyunu dəyişdi, əla müdaxilə etdi və qolun qarşısını aldı. O, çalışır, əlindən gələni edir, hər zaman ideal oynamasa da. Lakin onu ehtiyatda saxlamaq və de Liqti ona üstün tutmaq, məncə, hörmətsizlik nümayiş etdirməkdir”.
Qeyd edək ki, bu oyundan sonra “Liverpul” 21 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü, “Mançester Yunayted” isə 8 xalla 19-cu pillədə qərarlaşıb.