Çərşənbə günü axşam Gürcüstanın cənubundakı Dmanisi bələdiyyəsində zəlzələ baş verib

17.09.2026

Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

Çərşənbə günü axşam Gürcüstanın cənubundakı Dmanisi bələdiyyəsində zəlzələ baş verib

Sentyabrın 16-sı axşam saatlarında Gürcüstanın cənubundakı Dmanisi bələdiyyəsində zəlzələ qeydə alınıb. Oxuməni. az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların maqnitudası 3,1 olub. Təkanlar yerli vaxtla saat 22:20-də (Bakı vaxtı ilə eynidir) Dmanisi bələdiyyəsində qeydə alınıb.

Zəlzələnin episentri Dmanisidən təxminən 19 km aralıda, Məmişli kəndi yaxınlığında yerləşib. Zəlzələ ocağı 5 min metr dərinlikdə olub.

İnsan tələfatı və dağıntılar barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, Məmişli kəndi Kvemo-Kartli bölgəsinin Dmanisi bələdiyyəsində yerləşir. Kəndin əhalisi demək olar ki, 100% azərbaycanlılardan ibarətdir.

Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью