Çərşənbə həftənin ən məhsuldar günü hesab edilib

08.10.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çərşənbə həftənin insan bioritmləri baxımından ən məhsuldar günüdür, həftənin ən səmərəsiz günü isə cümə axşamıdır.

Oxu.Az Gazeta.ru-ya istinadla xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişşenko bəyan edib.

"Həftəlik bioritmə görə, məhsuldar gün çərşənbədir, çünki istirahətdən sonra bazar ertəsi və çərşənbə axşamı iş qabiliyyəti artmağa başlayır, çərşənbə pik həddinə çatır. Sonra kəskin azalma müşahidə edilir", - deyə Onişşenko bildirib.

Bu bioritmlərin məktəblərdə nəzərə alınmasının çox əhəmiyyətli olduğunu bildirən akademik cümə axşamına çətin fənlərin və yoxlamaların salınmamasını tövsiyə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью