Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
ABŞ-da yerləşən kosmik şirkət ayda ilk otelin inşası üçün hazırlıqlara başlayıb. Şirkət artıq layihə ilə bağlı rezervasiya sorğularını qəbul etməyə başlayıb.
Turkustan.az xəbər verir ki, ayda istirahət etmək istəyənlər üçün bu təcrübə olduqca bahalı olacaq.
Yer kürəsindən təxminən 384 min kilometr uzaqlıqda yerləşəcək, cəmi dörd nəfərlik oteldə qalmağın bir gecəsinin 10 milyon dollara başa gələcəyi bildirilir.
ABŞ-da yerləşən “Galactic Resource Utilization Space” şirkəti bu layihə ilə tarixdə ay səthində ilk daimi insan məskənini qurmağı hədəfləyir.
Layihəyə əsasən, otel şişmə konstruksiya formasında olacaq. İlk mərhələdə bu konstruksiya Yer kürəsində hazırlanacaq, daha sonra aya göndərilərək ay səthində genişləndiriləcək.
Otelin ümumi dəyəri hələlik açıqlanmayıb. Bununla belə, ayda yaşayış və qalma xərclərinin adambaşına ən azı 10 milyon dollar olacağı təxmin edilir.
Aytən Yaşar/ Turkustan.az