Cəsədləri 106 il sonra tapıldı

23.12.2024

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransanın Elzas departamentinin Hunspax qəsəbəsi yaxınlığında Birinci Dünya müharibəsindən qalma daha 3 cəsəd tapılıb. Aşkarlanan sümüklərin qərb cəbhəsində döyüşən fransızlara aid olduğu güman edilir.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, departament rəhbərliyi qalıqların tibbi ekspertizaya göndərildiyini açıqlayıb. Müharibə dövründə sözügedən ərazidə güclü döyüşlər gedib.

Qeyd edək ki, Fransanın Elzas və Lotaringiya departamentləri etnik almanların çoxluqda olduğu ərazilərdir. Birinci Dünya müharibəsində Almaniya və Fransa arasında cəbhə xətti məhz bu 2 departamenti əhatə edib. 4 il davam edən döyüşlərə hər iki tərəfdən təxminən 10 milyon hərbçi qatılıb. Onların 5 milyonu (Almaniya 3, Fransa 2 milyon) müharibənin gedişində həlak olub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью