Cəsədlərin görüntüsü məmuru şoka saldı, əmr verdi Rusiyada | Icma.az
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyada 6 nömrəli Kursk Şəhər Xəstəxanasının dəhlizlərində cəsədlər yerləşdirilib.
Ölkə.Az xəbər verir ki, bu barədə "Telegram"da Rusiya sərhəd bölgəsinin rəhbəri Aleksandr Xinşteyn məlumat verib.
Məmurun sözlərinə görə, o, vəziyyət barədə sosial mediadan məlumat əldə edib - cəsədlərin şəkillərini görüb və "həmkarları" ilə danışdıqdan sonra məlumatın doğru olduğunu təsdiqləyib.
Xinşteyn xəstəxana rəhbərliyinin hərəkətlərindən şoka düşüb.
"Cəsədlərin şəklini çəkən işçi jurnalistlərə bildirib ki, bu, tez-tez baş verir: xəstəxanada morq yoxdur, ona görə də mərhumlar dəhlizdə plastikə bükülmüş şəkildə qalıblar.
Ətrafında xəstələr gəzir, işçilər isə yemək aparırlar", - Xinşteyn yazıb.
Kursk vilayətinin qubernatoru cəsədlər üçün saxlama yerinin 21 yanvar axşamına qədər təmin edilməsini əmr etdiyini açıqlayıb.
Tam oxu
Xəbəri oxu