Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın “Sabah” futbol komandasının nigeriyalı hücumçusu Cesse Sekidika klubdan ayrılıb.
İdman.Biz-ə klubdan verilən məlumata görə, 29 yaşlı futbolçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib.
Sekidika “Sabah” tarixində iz qoyan legionerlərdən biri kimi yadda qalıb. O, Masazır təmsilçisinin heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.
Nigeriyalı hücumçu “Sabah”da ümumilikdə 107 oyun keçirib. O, bu qarşılaşmalarda 21 qol vurub və 18 məhsuldar ötürmə edib.