Cəsur döyüşçünün anası vəfat etdi

30.06.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu barədə Ölkə.az-a onun yaxınları məlumat verib.

F.Fərəcova yaşla əlaqədar xəstəlikdən dünyasını dəyişib. 

Qeyd edək ki, şəhid Fərəcov Zülfüqar Museyib oğlu 1977-ci il aprelin 27-də Xocavənd rayonu Əmirallar kəndində anadan olub. 1983-1992-ci illərdə orta təhsil alıb, 1995-1998-ci illərdə isə həqiqi hərbi xidmətdə olub.

Bir müddət “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətində, sonralar isə  Xocavənd rayon Suvarma Sistemləri İdarəsində işləyib.

2014-cü ildən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılıb, 2016-ci ilin Aprel döyüşlərində aktiv iştirak edib. O, “İstiqlal” sanyper silahından  ustalıqla istifadə etməyi bacarırdı.

Z.Fərəcov N saylı hərbi hissənin, həmlə taborunun tərkibində Vətən müharibəsinin ilk günündən döyüşlərə atılıb, düşmənin xeyli sayda canlı qüvvəsini  məhv edib, post və istehkamlarının dağıdılmasında xüsusi şücayət göstərib. O, 2020-ci il sentyabrın 28-də canını Vətən torpağı uğrunda fəda edərək müqəddəs Şəhidlik zirvəsinə ucalıb.

 Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən Uğrunda” və “Cəsur döyüşçü” medalları  ilə təltif olunub.

Şəhidin bir oğulu yadigar qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью