Çətənə bitkiləri məhv edildi FOTO

17.07.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində rayonun Bıçaqçı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

"Unikal" xəbər verir ki, ümumi çəkisi 1 ton 480 kq olan 1985 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Bundan başqa, Daşkəsən rayonunda polis əməkdaşlarının “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 2 ton 130 kq olan 1527 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью