Çətənə kolu yetişdirən şəxs həbs olundu KONKRET

04.07.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlarla narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb.

KONKRET.az xəbər verir ki, onun yaşadığı ünvandan çətənə kolları aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью