Çətin iqtisadi dövr başladı: bir qərarla 330 milyard itki…

04.04.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

330 milyard dollar: ABŞ Prezidentinin tarif qərarı 2025-ci ildə qlobal ticarətin həcmini bu qədər azaldacaq. Dünya Ticarət Təşkilatının qiymətləndirmələrinə görə, yeni tariflər qlobal ticarətdə 1 faiz azalmaya səbəb olacaq.

Axar.az xəbər verir ki. bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, 2024-cü ildə qlobal ticarətin həcminin 33 tirlyon dollar olduğunu nəzərə alsaq, dünya iqtisadiyyatına bu qərarın təsirlərini müəyyənləşdirmək çətin olmaz:

“Bununla yanaşı, Vaşinqtonun son qərarı yalnız Birləşmiş Ştatlarda deyil, bütövlükdə dünya bazarında qiymətləri yüksəldəcək. Göründüyü kimi, dünya iqtisadiyyatı yeni mərhələyə qədəm qoyur: heç də asan olmayan bir dönəmə”.

Qeyd edək ki, Tramp ABŞ-a idxal rüsumları tətbiq edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью