“Çətin olacağını bilirdik” “Hypers Quba” pley offda!

22.05.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2-ci liqada pley-offa vəsiqə uğrunda mübarizə son tura qədər davam etdi.

“Şəmkir”in evdə “Sheki City”ni 2:0 hesabıyla məğlub etməsinə baxmayaraq, “Hypers Quba” da “Araz Saatlı” üzərindəki qələbə sayəsində 4-cü yeri tutdu. Quballıların baş məşqçisi Elvin Həsənov oyunla bağlı fikrini “Football-plus.az” ilə bölüşüb:

“Çətin olacağını bilirdik. “Şəmkir” də pley-offa iddialı idi. Bugünkü oyuna gəlincə, rəqibi tam təhlil etmişdik. Öz oyunumuzu oynadıq. Oyun vaxtının 90 faizində top bizdə idi. Hər şey istədiyimiz kimi oldu. Şükürlər olsun. Rəqibimiz bəlli olandan sonra oyuna hazırlaşacağıq”.


Xatırladaq ki, “Hypers Quba” pley-offda 1-ci liqanın doqquzuncusu ilə qarşılacaq.
MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью