Çətin olacaq Futzalçı AÇIQLADI

10.03.2025

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Kritik oyun olduğunu bilirik". Bunu SİA-ya futzal üzrə Azərbaycan millisinin üzvü Oqtay Rüstəmli deyib.

O, Avro-2026-nın seçmə mərhələsində Yunanıstanla qarşılacaqları oyunu şərh edib.

Rüstəmli bildirib ki, qələbə üçün oyuna çıxacaqlar: "Qrupdan çıxmaq üçün maksimum xal toplamalıyıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Əsasən taktiki gedişlər üzərində məşq edirik. Əslində birinci oyunları qələbə ilə başa vurmalıyıq. Oyun bizim üçün vacibdir. Düşünmürəm ki, səfər oyunudur deyə çətinlik yaşayacayıq. Lakin hər birimiz bilirik ki, bu oyunda qələbə qazanmaq olduqca vacibdir".

Qeyd edək ki, Yunanıstan - Azərbaycan matçı martın 11-də, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью