CEV kubokunda Azərbaycan yarımfinalı na doğru

20.02.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qadın komandaları arasında voleybol üzrə CEV Kubokunda "Azərbaycan yarımfinalı" reallaşa bilər.

İdman.biz xəbər verir ki, iki gün əvvəl Ayşən Abduləzimovanın çıxış etdiyi “Vasaş” 1/4 finalda iki matçın nəticəsinə əsasən Polşa “Radomka”sına qalib gələrək yarımfinala vəsiqəni təmin edib.

Millimizin digər üzvü Yelizaveta Rubanın şərəfini qoruduğu Rumıniya “Alba”sı da yarımfinala doğru irəliləyir. Komanda bu gün evdə bir həftə əvvəl 3:0 hesabı ilə qalib gəldiyi Portuqaliya “Porto”su ilə cavab oyunu keçirəcək.

Beləliklə, Azərbaycan voleybolçularının çıxış etdiyi klubların CEV kubokunun yarımfinalında qarşılaşmaq ehtimalı yüksəkdir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью