CEV kubokunda Azərbaycan yarımfinalı nın vaxtı müəyyənləşib

22.02.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan millisi voleybolçularının iştirak edəcəkləri CEV Kubokunun yarımfinal mərhələsinin keçiriləcəyi tarixlər müəyyənləşib.

İdman.biz xəbər verir ki, yarımfinalın əsas intriqası Ayşən Abduləzimovanın şərəfini qoruduğu Macarıstan “Vaşaş”ı ilə Yelizaveta Ruban və Olena Xarçenkonun çıxış etdikləri Rumıniya “Alba”sının qarşılaşması olacaq.

İlk oyun martın 4-də Budapeştdə, cavab görüşü isə martın 11-də Rumıniyada keçiriləcək.

Qeyd edək ki, 1/4 finalda "Vaşaş" Polşa "Radomka"sını, "Alba" isə Portuqaliya "Porto"sunu mübarizədən kənarlaşdırıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью