Cəvahirlidə qəbiristanlıq yanğından mühafizə olundu Fotolar

24.07.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Ağdamda baş verən genişmiqyaslı yanğın zamanı kənd qəbiristanlığının alovun təsirinə məruz qalmasının qarşısı alınıb.

“Qafqazinfo”nun məlumatına görə, son günlər işğaldan azad edilmiş ərazilərdə baş verən yanğınlar rayonun Cəvahirli kəndi ərazisində genişlənib.

Geniş sahəni əhatə edən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən kənd qəbiristanlığının alovun təsirinə məruz qalmasının qarşısı alınıb.

Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Ziya Əmirxanlı





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью