Cevdet Yılmaz Türkiyə Prezidentinin səlahiyyətlərini icra edəcək

31.08.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Ərdoğanın Qırğızıstan səfəri ilə əlaqədar müvafiq qərar rəsmiləşdirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qırğızıstana səfəri ilə əlaqədar prezident səlahiyyətlərinin müvəqqəti olaraq vitse-prezident Cevdet Yılmaz tərəfindən icra ediləcəyi açıqlanıb.

Anadolu Agentliyinin məlumatına görə, bununla bağlı müvafiq tezkere Türkiyənin Rəsmi Qəzetində dərc olunub. Qərara əsasən, Prezident Ərdoğanın 31 avqust - 1 sentyabr tarixlərində Qırğızıstana səfərdə olması ilə əlaqədar ölkəyə qayıdana qədər prezident səlahiyyətlərini Cevdet Yılmaz icra edəcək.

Qərar Türkiyə Konstitusiyasının 106-cı maddəsinə əsasən qəbul edilib. Beləliklə, dövlət başçısının xarici səfəri müddətində prezident səlahiyyətlərinin icrası ilə bağlı konstitusion prosedur həyata keçirilib.

Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti ilə paytaxt Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edir. Türkiyə Prezidentinin səfəri çərçivəsində ikitərəfli və regional məsələlərlə bağlı bir sıra görüşlər keçirməsi də gözlənilir.

Ərdoğanın Qırğızıstana səfəri Türkiyənin Mərkəzi Asiya ölkələri ilə siyasi və iqtisadi əlaqələrin inkişafına verdiyi əhəmiyyət baxımından da diqqət çəkir. Ankara son illərdə region dövlətləri ilə əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsinə xüsusi önəm verir.

N.Adilqızı
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью