Çevik iş vaxtının detallarını AÇIQLADI VİDEO

21.07.2026

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Maliyyə, təhsil, informasiya texnologiyaları, dövlət idarəçiliyinin inzibati və analitik istiqamətləri kimi sahələrdə çalışanlar və digər bəzi şəxslər çevik iş rejimi modelində işləyə biləcəklər.
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, ölkədə çevik iş vaxtı rejiminin tətbiqi ilə bağlı bəzi detallar açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Mahmud Abdullayev "Xəzər Xəbər”ə müsahiəsində bildirib ki, çevik iş vaxtı modeli 2019-2030-cu illər üzrə Məşğulluq Strategiyasının icrası çərçivəsində hazırlanır. Onun sözlərinə görə, bu model ənənəvi iş rejimindən fərqli olaraq işçilərin işə giriş və çıxış saatlarını daha sərbəst müəyyən etməsinə imkan yaradacaq.
Nazirliyin sektor müdiri  onu da bildirdi ki, modelin tətbiqindən əvvəl beynəlxalq təcrübə, o cümlədən Beynəlxalq Əmək Təşkilatının yanaşmaları öyrəniləcək, yerli əmək bazarının xüsusiyyətləri nəzərə alınmaqla hüquqi baza təkmilləşdiriləcək. Bundan sonra müvafiq normativ hüquqi aktlar hazırlanacaq və yeni iş rejiminin mərhələli tətbiqi həyata keçiriləcək.

Sektor müdiri çevik iş rejimi modelinin kimlərə şamil ediləcəyini də açıqlayıb.   


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью