Icma.az, 525.az portalına istinadən məlumat yayır.
“15 iyulda küçələrə çıxan insanlar bunu əcdadlarından miras qalmış bayrağı, dövləti və milli mədəniyyəti qorumaq üçün etdilər, onlar göstərdilər ki, lazım gələrsə canlarından keçməyə hazırdırlar”.
525.az xəbər verir ki, bunu Bakıda jurnalistlərə 15 İyul Fondunun rəhbəri İsmayıl Hakkı Turunç deyib.
O bildirib ki, 15 iyulda baş verənləri izah etmək üçün müxtəlif ölkələrə səyahət edir.
“Bu yolda 253 şəhid verdik, 2800-dən çox qazimiz oldu. Şəhid ailələri deyirlər ki, 'Türkiyədə yenidən çevriliş cəhdi olsa, 10 övladları olsa belə, onların hamısını meydanlara göndərərlər. Çevriliş cəhdinin məqsədi Türkiyəni parçalamaq idi. Bəlkə də bizə Türkiyədə yaşamaq hüququ belə verməzdilər. Prezident Ərdoğanın rəhbərliyi altında imperialist ölkələrin oyunlarını pozduq. Bu dövləti və bu bayrağı qorumaq üçün təklif edə biləcəyimiz ən qiymətli olan canımız idi və biz bunu məmnuniyyətlə etdik", - İsmayıl Hakkı Turunç söyləyib.
Pərvanə Sultanova