Çevriliş etməsəydilər, Krım Ukrayna ərazisi kimi qalacaqdı | Icma.az
Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır. AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov məşhu
Kiyev danışıqlara hazır olduğunu elan edəcək - "The Wall Street Journal" O, xatırladıb ki, 2014-cü ilin martında Krımda referendum keçirilb.
Nəticədə yerli sakinlərin əksəriyyəti Rusiyaya birləşmənin tərəfdarı olublar.
“Təkcə çevriliş deyil, bir gün əvvəl o vaxtkı prezident Viktor Yanukoviçlə müxalifət arasında əldə olunan razılaşma həyata keçirilsəydi, Ukrayna hələ də bütöv halda qalacaq, Krım isə onun bir hissəsi olacaqdı.
Onlar razılaşmalara əməl etməyib, əksinə çevriliş təşkil ediblər”, - deyə Lavrov deyib.
Onun sözlərinə görə, Rusiya çevrilişdən sonra Donbasda başlayan münaqişəyə son qoymaqda səmimi şəkildə maraqlı olub.
Lakin bunun üçün Minsk razılaşmalarının tam şəkildə yerinə yetirilməsi lazım idi: “Amma razılaşmalar çevrilişdən sonra yaradılan hökumət tərəfindən sabotaj edildi".
Tural Tağıyev AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu