Çex Respublikasının Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

17.02.2025

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycanın bu ölkəyə təyin edilmiş yeni səfiri Yaşar Əliyevin etimadnaməsini qəbul edib.

Ölkə.az xəbər verir ki, bu barədə Petr Pavel “X” platformasındakı paylaşımında bildirib.

Yaşar Əliyev etimadnaməsini Çex Respublikasının Prezidentinə təqdim edib.

Xatırladaq ki, Yaşar Əliyev ötən ilin dekabrında Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью