Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında növbəti oyunlar baş tutub.
BAKU.WS xəbər verir ki, G qrupunda keçirilən qarşılaşmada Çexiya yığması Argentina üzərində qələbə qazanıb. Milli Gimnastika Arenasında oynanılan matç 2:1 hesabı ilə Çexiyanın xeyrinə başa çatıb.
Qeyd edək ki, bu gün keçirilən digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:
İspaniya – Qana: 3:0
İndoneziya – Kosta Rika: 1:0
Monteneqro – Tayland: 1:1 (heç-heçə)
Qarşılaşmalar minifutbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində keçirilib.