Çexiya CAR oyununda qalib müəyyənləşmədi

18.06.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Futbol üzrə dünya çempionatında Çexiya - Cənubi Afrika Respublikası (CAR) ilə qarşılaşıb.

Axar.az xəbər verir ki, Atlanta stadionunda keçirilən A qrupunun matçında qalib müəyyənləşməyib - 1:1.

Avropalıların heyətində Mixal Sadilek 6-cı dəqiqədə çexiyalı azarkeşləri ayağa qaldırıb. 83-cü dəqiqədə isə Teboho Mokoena penalti zərbəsini dəqiq yerinə yetirərək CAR yığmasına 1 xal qazandırıb.

Qeyd edək ki, bu qrupun digər oyununda saat 05:00-da Meksika Cənubi Koreya ilə üz-üzə gələcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью