Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 1-də Çexiyada mədənçilərin sonuncu növbəsi kömür mədəninə enib. Ölkədə 250 illik tarixi olan kömür hasilatı tamamilə dayandırılıb.
AZƏRTAC xəbər verir ki, kömür hasilatı dayandıqdan sonra Çexiyada 750 mədənçi işdən çıxarılacaq, daha 150 mədənçi isə ayın sonunadək işini itirəcək. İşdən çıxarılanların hər birinə 11 aylıq əməkhaqqına bərabər müavinət veriləcək.
Çexiya hökuməti kömürdən imtina etmək qərarını ölkənin enerji sektorunun ondan asılı olmaması, ehtiyatlarının tükənməsi və istehsalının gəlirsiz sahəyə çevrilməsi ilə izah edib.
Beləliklə, Polşa hazırda kömür hasilatını davam etdirən yeganə Avropa ölkəsi olacaq.