Çexiya millisinin üzvü 29 yaşında karyerasını başa vurdu

21.08.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Çexiyalı futbolçu Yakub Yankto karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi 29 yaşında vida qərarı verib. O, qərarını sosial şəbəkə hesabında açıqlayıb.

Təcrübəli oyunçu zədəyə görə peşəkar karyerasını nöqtələyib.

Qeyd edək ki, Yakub Yankto "Slaviya"nın (Praqa) yetirməsidir. "Udineze", "Sampdoriya", "Askoli", "Xetafe" və "Sparta"nın (Praqa) formasını geyinmiş futbolçunun son klubu A Seriyası təmsilçi "Kalyari" olub. Yankto Çexiya millisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 4 qol vurub.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью