Çexiya Ukraynaya L 159 satmaqdan imtina etdi

25.01.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çexiyanın Baş naziri Andrey Babiş ölkəsinin Ukraynaya L-159 yüngül döyüş təlim təyyarələri satmayacağını təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə “İdnes” agentliyi məlumat yayıb.

“Ukraynaya L-159 satışı yoxdur və olmayacaq. Məsələ artıq bağlanıb”, - deyə baş nazir bildirib.

Qeyd edək ki, 16 yanvarda Çexiya Prezidenti Petr Pavel Kiyevə bir neçə L-159 təyyarəsi almağı təklif etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью