Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Çexiya "L-39 Skyfox" təyyarələrinin Ukraynaya çatdırılmasına üstünlük verəcək.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Petr Macinka deyib.
Onun sözlərinə görə, ilk 4 təyyarə üçün pul artıq hazırdır. Təyyarələr gələn il, daha səkkizi isə 2028-ci ildə təhvil verilə bilər.
"Praqa qalan 12 təyyarə üçün maliyyə tapmaq məqsədilə Belçika, Fransa, ABŞ və digər 12 ölkəyə müraciət edib. Söhbət kommersiya müqaviləsindən gedir, Çexiya büdcəsindən pul xərclənməyəcək. Ukrayna təyyarələri Avropa maliyyəsi ilə alacaq. Təyyarələr dron və raketlərə qarşı hava hücumundan müdafiəni gücləndirmək üçün lazımdır. Müqavilənin dəyəri 6-8 milyard kron qiymətləndirilir", - deyə nazir qeyd edib.
Gülşən Şərif