Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Çexiya yığması sükanı ispaniyalı mütəxəssis Santi Deniyaya həvalə edib.
Futbolpress.az xəbər verir ki, 52 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
İspaniyanın yeniyetmə, gənclər və olimpiya yığmalarına rəhbərlik edən Deniya “Paris-2024″ün çempionu adını qazanıb. 52 yaşlı mütəxəssis son olaraq Qətərin “Əl-Şahaniya” klubunu çalışdırıb.
Çexiya millisi DÇ-2026-nın qrup mərhələsində Cənubi Koreya (1:2) və Meksikaya (0:3) uduzub, Cənubi Afrika Respublikası ilə heç-heçə edərək (1:1) turnirlə erkən vidalaşmışdı.