Icma.az bildirir, 525.az portalına istinadən.
Çexiyanın cənubunda Zliv-Divçitse yolunda 2 qatar toqquşub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər Bakı vaxtı ilə 09.19-da Zliv stansiyası yaxınlığında baş verib.
Sürət və sərnişin qatarlarının toqquşması nəticəsində 40-dan çox insan müxtəlif dərəcəli bədən xəsarətiləri alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Fövqəladə hallar mərkəzinin nümayəndəsi Petr Kafkovun sözlərinə görə, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər, qəzanın fəsadlarının aradan qaldırılması və yolda hərəkətin bərpası üçün işlər aparılır.
Qeyd edək ki, Kafkov qəzanın hansı səbəbdən baş verdiyinin hələ tam müəyyənləşdirilmədiyini də bildirib.
L.Tağıyeva