Çexiyada inflyasiya rekord həddə çatıb

13.11.2025

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə AZƏRTAC “Dnes” nəşri məlumat verib.
Qiymət artımının əsas istiqaməti ərzaq məhsulları və alkoqolsuz içkilərdir. Onların qiymətləri ay ərzində 1,1 faiz, il ərzində isə 3,6 faiz artıb. Qəhvə qiymətlərinin artması xüsusilə nəzərə çarpır. Şokolad və şirniyyat məhsullarının qiymətləri isə 18 faiz artıb. Süd, pendir və yumurtanın qiyməti təxminən 8 faiz, ətin qiyməti 6 faizdən çox, çörək və dənli bitkilərin qiyməti isə 3 faiz artıb. Alkoqollu içkilərin qiyməti 4 faiz, tütünün qiyməti isə 6 faiz artıb.
Ailə büdcəsinə təsir edən təkcə qida məhsulları deyil. Kirayə haqqı, həmçinin kommunal xidmətlərdə də orta hesabla 4-5 faiz artım var. Eyni zamanda, ictimai iaşə xidmətləri və otellər də bahalaşıb.
Ekspertlərin fikrincə, ərzaq məhsulları və kirayə qiymətlərinin artması ailə büdcələrinə təsir göstərməyə davam edir.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью