Çexiyada qatarlar toqquşdu, xəsarət alanlar var

17.11.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çexiyanın paytaxtı Praqanın mərkəzində iki sərnişin qatarının toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə “İdnes” məlumat yayıb.

“Xəsarət alanların dəqiq sayı hələlik məlum deyil. Hadisə yerinə dörd təcili tibbi yardım briqadası və xilasedicilər cəlb olunub. Sərnişin qatarları baş vağzalın yaxınlığındakı dəmir yolu sahəsində toqquşub. Qatarlar eyni yolla eyni vaxtda bir-birinə tərəf hərəkət edərkən toqquşub”, - məlumatda deyilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью