Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çexiya hökuməti ukraynalı qaçqınlara sosial ödənişlərin azaldılmasını və müvəqqəti müdafiə statusunun alınması şərtlərinin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.
Bizim.Media xəbər verir ki, təklifə əsasən, əmək qabiliyyətli ukraynalıların müavinət almaq üçün işləməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olması və ya məşğulluq xidmətində qeydiyyatda olması tələb ediləcək.
Bundan əlavə, onlar ayda ən azı 16 gün Çexiyada yaşamalıdırlar.
Qanun layihəsinə görə, şəxs Şengen zonasından kənarda 30 gündən çox qalarsa və ya ölkədən deportasiya cəzası alarsa, onun müvəqqəti müdafiə statusuna xitam verilməsi təklif olunur.
Bizim.Media