Çexiyada Universitet binasında atışma səsi eşidilib, tələbələr təxliyə edilib

04.12.2024

Icma.az, Operativmedia portalına istinadən məlumat yayır.

"Operativ Media" xəbər verir ki, universitetdən tələbələr, müəllimlər və texniki heyət çıxarılıb. Hadisə yerinə gələn polis əraziyə bitişik Universitetskaya küçəsində nəqliyyatı dayandırıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində onlarla polis dəstəsi təhsil müəssisəsinin ətrafında əməliyyat keçirir.

Polis hələlik atışma faktını təsdiqləməyib. Sosial şəbəkələrdə verdikləri açıqlamada, vəziyyətin tam nəzarət altında olduğunu və hazırda itki barədə məlumatın olmadığını bildiriblər.

Hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью