Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

01.10.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Praqa, 1 oktyabr, AZƏRTAC

Çexiyada hökumət yanacaq qiymətlərinin tənzimlənməsi çərçivəsində yeni maksimal tariflər müəyyən edib.

AZƏRTAC xəbər verir ki, Çexiyanın Maliyyə Nazirliyinin oktyabrın 1-dən qüvvəyə minən qərarına əsasən, cümə günündən etibarən ölkənin yanacaqdoldurma məntəqələrində dizel yanacağının bir litri üçün maksimal qiymət 48,58 kron, benzinin qiyməti isə 45,92 kron olacaq. Beləliklə, dizelin əvvəlki limitlə müqayisədə 14 hellər, benzinin isə 22 hellər ucuzlaşması nəzərdə tutulur. Hökumət yanacaq qiymətlərini oktyabrın 1-dən tənzimləməyə başlayıb və tədbirin ayın sonunadək qüvvədə qalması planlaşdırılır. Qərarın qəbul edilməsinə neft bazarında topdansatış qiymətlərinin kəskin artması və Yaxın Şərqdəki vəziyyət səbəb olub.

Tənzimləmənin tətbiqindən sonra cümə axşamı Çexiyadakı yanacaqdoldurma məntəqələrində dizelin qiyməti nəzərəçarpacaq dərəcədə azalıb. Bir sıra satış məntəqələrində qiymət əvvəlki günlə müqayisədə üç kronadək aşağı düşüb. Benzinin ucuzlaşması isə daha məhdud olub, çünki bəzi satıcılar əvvəlcədən aşağı qiymət tətbiq edirdilər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью