Çexiyada zəhərli benzol daşıyan qatar yanıb

28.02.2025

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çexiyanın şimal-şərqindəki Hustopeče nad Bečvou şəhərində benzol daşıyan qatar yanıb.

SİA-nın məlumatına görə, hadisə barədə yerli idnes portalı yazır.

Yanğın ən azı beş vaqon və zəhərli maddə olan tankerləri əhatə edib. Hündürlüyü 20 metr olan alov bütün lokomotivə yayılıb. Yanğının söndürülməsi üçün xüsusi texnika ilə yanğınsöndürmə xidmətinin onlarla əməkdaşı çalışır.

Yanğının səbəbi hələ müəyyən edilməyib. Şəhərdə elektrik enerjisi kəsilib.

Səlahiyyətlilər sakinlərə zəhərli maddələrin binalara daxil olmaması üçün evlərini tərk etməməyi və pəncərələri açmamağı tövsiyə edib.

Bundan əvvəl Yaponiyanın İvate prefekturasının Ofunato şəhərində baş verən meşə yanğınının 80-dən çox evə ziyan vurduğu bildirilirdi.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью