Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Kalyari”nin futbolçusu Yakub Yankto karyerasını bitirib.
Futbolpress.az xəbər verir ki, 29 yaşlı oyunçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Futbola davam edib-etməyəcəyimlə bağlı çox suallar verilir. Təəssüf ki, cavabım “yox”dur. Ciddi zədə aldım və ayaq biləyimin bağları ağır xəsarət görüb.
Qərarımda əsas rol oğluma aiddir. Onunla daha çox vaxt keçirmək istəyirəm. Praqaya qayıtmağa qərar vermişəm. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”.
Yankto karyerası ərzində “Udineze”, “Sampdoriya”, “Xetafe”, “Sparta” kimi klublarda da çıxış edib. O, bundan sonra “Dukla Praq” klubunun U-17 komandasına rəhbərlik edəcək.