Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çexiyanın “Darek pro Putina” ictimai təşkilatı bir neçə gün ərzində Ukraynanın enerji sektoruna dəstək məqsədilə 3,8 milyon dollardan çox vəsait toplayıb.
APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiha məlumat yayıb.
Nazirin sözlərinə görə, sözügedən təşəbbüs qısa müddətdə əhəmiyyətli məbləğ toplamağa nail olub və bu, Çexiyanın real həmrəylik və konkret dəstəyinin göstəricisidir.
O bildirib ki, gələn həftə Xarkov şəhərinə “Post Bellum” təşkilatının dəstəyi ilə hazırlanmış müxtəlif gücə malik 49 generator çatdırılacaq.
Bundan əlavə, yanvarın 25-də Kiyev vilayəti “Dayanıqlıq məntəqələri” üçün 40 akkumulyator stansiyası və 1500 uzadıcı kabel alacaq.
Bu yardım Çexiyanın Orta Bohemiya regionu tərəfindən təqdim edilib.
Məlumata görə, toplanan vəsaitin bir hissəsi Kiyev polisinin kiber təhlükəsizliyinin gücləndirilməsinə də yönəldilib.