Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq

27.04.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 27 aprel, AZƏRTAC

Bugünkü forum əlbəttə ki, bizim əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq və bu, bizim üçün çox önəmlidir. Çünki biz əminik ki, şirkətlərimiz əla məhsul və xidmətləri təklif edirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib.

“Biz birgə müəssisə yaratmağa, insanlarınızı işə götürməyə, tədqiqat və araşdırmaya investisiya yatırmağa, universitetlərlə əməkdaşlıq etməyə hazırıq və ölkəmizdə böyük potensial mövcuddur”, - deyə Baş nazir əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью