Çexlər və slovaklar: Hansılar Putinə, hansılar Zelenskiyə daha çox etibar edir? | Icma.az
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çexlər Ukrayna prezidenti Volodimir Zelenskiyə Kremlin rəhbəri Vladimir Putindən daha çox etibar edirlər, slovaklar isə Rusiya rəhbərinə daha çox güvənirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə NMS Market Research agentliyinin fevral ayında keçirdiyi sorğunun nəticələri göstərir.
Çexiyada sorğuda iştirak edənlərin 32%-i Zelenskiyə etibar etdiklərini bildirib, Slovakiyada isə bu göstərici 23% təşkil edib.
Putinə isə cəmi 11% çex etibar edir, halbuki Slovakiyada Rusiya rəhbərinə üç dəfə çox – 28% insan etimad göstərir.
Bununla belə, həm Çexiyada, həm də Slovakiyada hər iki siyasətçiyə inamsızlığın səviyyəsi daha yüksəkdir.
Ukrayna prezidentinə 59% çex və 68% slovak etibar etmir. Rusiya liderinə isə 81% çex və 62% slovak inanmır.
Çexiya və Slovakiyada ən çox etibar edilən siyasətçilər hər iki ölkənin prezidentləridir.
Tam oxu
Xəbəri oxu