Cey Z Super Bowl un fasilə şousunda çıxış edəcək

31.10.2026

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Dünyanın ən böyük idman hadisələrindən biri olan S"uper Bowl"un növbəti fasilə şousunda səhnəyə Cey-Z çıxacaq.

Kulis.az xəbər verir ki, Milli Futbol Liqası oktyabrın 26-da reperin 2027-ci il "Super Bowl LXI" tədbirinin musiqi proqramına başçılıq edəcəyini açıqlayıb.

Qarşılaşma fevralın 14-də Kaliforniyanın İnqlvud şəhərindəki "SoFi Stadium"da keçiriləcək.

Cey-Z müasir hip-hop tarixinin ən nüfuzlu sənətçilərindən biri olmaqla yanaşı, musiqi sənayesində prodüser və sahibkar kimi də fəaliyyət göstərir. Onun bu tədbirə rəhbərlik etməsi təsadüfi seçim deyil: reperin rəhbərlik etdiyi Roc Nation 2019-cu ildən NFL ilə əməkdaşlıq edir və "Super Bowl"un fasilə şoularının hazırlanmasında iştirak edir.

Bu əməkdaşlıq çərçivəsində indiyədək bir sıra məşhur musiqiçilər səhnəyə çıxıb. Cey-Z-nin proqramında hansı qonaqların iştirak edəcəyi və hansı mahnıları ifa edəcəyi hələ açıqlanmayıb.

Buna görə də sosial şəbəkələrdə onun mümkün duetləri barədə yaranan müzakirələr hələlik fanat ehtimallarından ibarətdir.

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm" 75 min dollarlıq mükafatın qalibi açıqlandı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью