Ceydon Sanço Almaniyaya dönmək istəyir

26.03.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İcarə əsasında "Çelsi"nin formasını geyinən Ceydon Sanço yenidən Dortmund "Borussiya"sına qayıtmaq istəyir. Sport24.az "Bild"-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu agentlərindən Almaniya klubuna keçidini həll etməyi tapşırıb. 

Sanço 2021-ci ildə "Borussiya"dan "Mançester Yunayted"ə keçib. Ötən mövsümün ikinci yarısını icarə əsasında "Borussiya"nın uğurları üçün tər töksə də, yayda yenidən İngiltərəyə, bu dəfə "Çelsi"yə icarəyə verilib.

Qeyd edək ki, Sanço karyerası ərzində "Borussiya"nın heyətində 158 oyun keçirib, 53 qol vurub və 64 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью