Ceydon Sanço “Çelsi”dən ayrılıb

03.06.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 3 iyun, AZƏRTAC

İcarə əsasında İngiltərənin “Çelsi” komandasında çıxış edən Ceydon Sanço London təmsilçisindən ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

25 yaşlı hücumçu müqavilə ilə məxsus olduğunu “Mançester Yunayted”ə qayıdıb. Klublar transferlə bağlı razılığa gələ bilməyiblər.

Qeyd edək ki, "Çelsi" 2024-cü ilin avqust ayında Ceydon Sançonu icarəyə götürüb. O, “zədagənlar”ın heyətində 41 oyunda, 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью