Ceydon Sanço “Yuventus”a doğru

27.06.2025

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

İngiltərə millisinin üzvü Ceydon Sanço karyerasını İtaliyada davam etdirməyə hazırlaşır. 

İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Yuventus”un 25 milyon avro dəyərində təklifini qəbul edib.

“Mançester Yunayted” rəhbərliyi də bu məbləğə müsbət yanaşaraq razılığını bildirib. Hazırda Sanço ilə şəxsi müqavilə şərtləri üzrə son danışıqlar aparılır.

Qeyd edək ki, 24 yaşlı oyunçuya “Fənərbağça” da ciddi maraq göstərmişdi. Lakin Sanço Türkiyə Super Liqasında çıxış etmək istəmədiyini bildirib və bu səbəbdən Joze Mourinyonun rəhbərlik etdiyi İstanbul klubunun təklifini qəbul etməyib.

Fərid Nəsibov 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью