Ceyhan Terminalında tanker yoxdur Hesabat

31.12.2024

Icma.az bildirir, Sfera.az portalına istinadən.

 Türkiyənin Ceyhan BTC Terminalında tanker yoxdur.

Sfera.az xəbər verir ki, bununla bağlı məlumat “Tribeca” Dənizçilik Xidmətləri tərəfindən hazırlanan hesabatda öz əksini tapıb.

Məlumata görə, Ceyhan limanına yanaşmaq üçün qeydiyyatdan keçən 1 tanker var.

Hesabatda qeyd olunub ki, hazırda 7 tanker ən tez dekabrın 31-də, ən geci yanvarın 7-də limana çatacaq.

Qeyd edək ki, Ceyhan BTC Terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Azərbaycandan və Qazaxıstandan gələn neft digər ölkələrə daşınır.

Vasif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью