Ceyhun Ağabəy: Saxta səmimilik...

02.11.2026

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Saxta səmimilik sevdik yaşamda,
Sonra da dedik ki, hər şey çətindir.
Elə sevə-sevə ömür sürürük,
Sən demə qəlbimiz bizdən mətindir.

Heç kəs deməsin ki, tam səmimiyəm,
Heç kəs deməsin ki, düzəm həqqəm mən.
Gəl mən-mən deməyək biraz həqq olaq,
Əsl eşq olmasa söylə kiməm mən?

Həyata yaş dolur ölümə sarı,
Səmimi olmağa ömür yetməyir,
Somavarın çayı ləzzəti olur,
Yaşıl ağaclardan kömür yetməyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью