Ceyhun Ağabəyin şeiri

28.07.2026

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Söz o qədər alidir ki, 
Mən onun fəhləsi oldum...
Göz o qədər aldatdı ki,
Bilmədən köləsi oldum...
***

Yumru

Məm yumruyam
Qulağım yox
Quyrugum yox 
Burun yox...
Ayağım yox,
Barmağım yox,
Göydən başqa 
Dayagım yox.
***
İlahidən yaranmışam,
Yarımçıqlar içindəyəm.
Adına ali deyilən,
Adamcıqlar içindəyəm.
***
Bəlkə də bir yer kürrəsi,
Ya günəşəm, ya ayam mən.
Qarışmaram bir kimsəyə,
Nə yaxşı ki yumruyam mən.
***
Burunumdan iy duymaram,
Qulağımdan küy duymaram,
Ayagımdan yer duymaram,
Nə yaxşı ki, yumruyam mən.
***
Bircə gözüm var eləcə,
Sadəcə baxmağa gəldim.
Yer üzünə həqəqtçün,
Biraz darıxmağa gəldim.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью