Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu ilin noyabr ayında Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində müvafiq qurumlar ölkədə və xaricdə çoxsaylı tədbirlər həyata keçirib.
Bu mötəbər tədbirə turizm sektoru da ciddi hazırlaşıb. İqlim konfransı çərçivəsində paytaxtımıza onminlərlə qonağ gəlib.
Maraqlıdır, COP29-un Azərbaycan turizminə nə kimi təsirləri olacaq? Turistlərin təəssüratları necədir?
Suallarımızı cavablandıran turizm eksperti Ceyhun Aşurov “Sherg.az”a açıqlamasında deyib ki, iqlim dəyişiklikləri ilə əlaqədar olan COP29 Azərbaycan tarixində ev sahibliyi etdiyimiz ən böyük tədbirlərdəndir: "Bura dünyanın müxtəlif ölkələrindən qonaqlar gəlib.
İqlim, ətraf mühitin qorunması, yaşıllıqla bağlı ciddi müzakirələr aparılır.
Azərbaycan və digər dövlətlər gələcəyə yönəlik öhdəliklər götürüblər.
Bu tədbirə gələn qonaqlar da Azərbaycanın real infrastrukturunu, şəhərin gözəlliyini görürlər.Dünya liderlərinin paytaxtımıza toplanması ölkəmizin bütün dünyada böyük nüfuza sahib olmasının göstəricisidir.