Ceyhun Bayramov Abdullah bin Zayed Əl Nəhyan ilə görüşdü

07.04.2025

Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb.

Manset.az xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüşdə iki dövlət arasında əməkdaşlıq və onun bütün sahələrdə inkişaf etdirilməsi yolları müzakirə olunub.

Diplomatlar ortaq maraq doğuran regional və beynəlxalq məsələlərə də toxunublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью