Ceyhun Bayramov Andrey Sibiqa ilə müzakirə etdiyi məsələləri açıqladı

06.08.2026

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Kiyevə rəsmi səfəri çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa ilə müzakirə etdiyi məsələləri diqqətə çatdırıb.

Moderator.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov sosial media hesabında paylaşım edib.

C. Bayramov bildirib ki, görüşdə Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının möhkəmləndirilməsi, siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olub.

Tərəflər, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

O vurğulayıb ki, iki ölkəni dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq birləşdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью