Ceyhun Bayramov: Azərbaycan 2023 cü ildə antiterror tədbirləri ilə öz suverenliyini bərpa etdi

16.01.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan 2023-cü ildə antiterror tədbirləri ilə öz suverenliyini bərpa etdi. Bundan sonra ABŞ tərəfindən 907-ci düzəliş yenidən işdə düşdü".

Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 1992-ci ildə qəbul edilmiş azadlığa dəstək aktına "907-ci düzəliş" adlı bir sanksiya sənədi mövcud idi və onun Azərbaycana aid hissəsi uzun illər idi ki, dayandırılmışdı:

"Ancaq 20 il sonra məhz Azərbaycan suverenliyini bərpa etdiyi üçün bu layihə yenidən aktivləşdi. Ölkəmizə qarşı əsassız yanaşmanın təməlində bu dayanırdı".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью